Ukraynanın cənubundakı Nikolaevdə irimiqyaslı yanğın baş verib.
SİA-nın əldə etdiyi məlumata görə, Strana.ua nəşri Telegram-da yazır ki, Şəhər sakinlərinə pəncərələri açmamağa çağırılıb.
Ukraynanın digər Teleqram kanalları yanğının şəhərdən kənarda açıq ərazidə baş verdiyini - kol-kos, quru ot və zibilin alovlandığını dəqiqləşdirir.
Hazırda yanğın söndürülüb.
İşlərə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin 34 əməkdaşı və 10 texnika cəlb olunub.
Xatırladaq ki, iyulun əvvəlində Sumi rayonunda mühüm infrastruktur obyektində yanğın baş vermişdi.
Həmin vaxt partlayıcı obyektlərin işə düşməsi təhlükəsi yaranmışdı.
Hündür bitki örtüyü və yanğına texnikanın çıxışının olmaması səbəbindən yanğının söndürülməsi çətinləşmişdi.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB