Malayziya BRİKS-ə qoşulmaq üçün ərizə təqdim edib...

Malayziya BRİKS-ə qoşulmaq üçün ərizə təqdim edib...

Malayziya BRİKS-ə qoşulmaq üçün Rusiyaya müraciət edib.

SİA-nın əldə etdiyi məlumata görə, TASS bu barədə Malayziyanın baş naziri Ənvər İbrahimə istinadən xəbər verir. Onun sözlərinə görə, ölkə həm assosiasiyaya üzv olmağa, həm də onun strateji tərəfdaşı olmağa hazırdır.

Bazar günü, iyulun 28-də İbrahim Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə Malayziyanın BRİKS-ə qoşulması məsələlərini müzakirə edib.

Görüş iştirakçıları dünyanın müxtəlif məsələlərinə, o cümlədən Fələstində baş verənlərə toxunublar.

...Həm Rusiya, həm də Malayziya tərəfləri daimi atəşkəs və Fələstinin BMT-nin tamhüquqlu üzvü kimi tanınmasının zəruriliyinə əmindirlər.

Bunu Malayziyanın baş naziri bildirib.

Tərəflər Ukrayna münaqişəsini də müzakirə ediblər.

Rusiya Malayziyaya BRİKS-ə qoşulmaqda kömək etmək niyyətindədir.

Bunu isə Lavrov açıqlayıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə