Yaşı 25-dən aşağı olan ukraynalıların səfərbərlik şərtləri məlum olub
...Ukraynada yaşı 25-dən az olan kişilər hərbi xidməti başa vurduqları və ya hərbi şöbəni bitirdikdən sonra hərbi xidmətə çağırıla bilərlər.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Odessanın ərazi çağırış mərkəzi xəbər verir.
Hərbi həkim komissiyası tərəfindən dinc dövrdə xidmətə yararsız hesab edilənlər də səfərbərliyə cəlb olunurlar.
...Qanuna görə, 2024-cü ilin aprelindən “məhdud fiziki hazırlıq” statusu mövcud deyil.
Yaşı 25-dən az olsa belə, ona sahib olan şəxslər hərbi xidmətdə qalırlar. Yəni, belə şəxslər faktiki olaraq hərbi qeydiyyat sənədlərini yoxlaya, aktual məlumat olmadıqda isə hərbi-həkim komissiyası tərəfindən ikinci müayinəyə göndərilə bilərlər
Bu ərazi çağırış mərkəzinin açıqlamasında bildirilir.
İyulun 23-də Ukrayna Ali Radası ölkədə hərbi vəziyyətin uzadılması haqqında qanun layihəsini təsdiqləyib.
Daha 90 gün, avqustun 12-dən noyabrın 9-dək etibarlı olacaq.
Qeyd edək ki, bu Rada tərəfindən 12-ci dəfədir ki, uzadılır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB