Harrisin reytinqi ABŞ-da nəzərəçarpacaq dərəcədə yüksəlib

Harrisin reytinqi ABŞ-da nəzərəçarpacaq dərəcədə yüksəlib

Cozef Baydenin yenidən prezident seçilmək istəməmək qərarından sonra onun vitse-prezidenti Kamala Harrisin reytinqi nəzərəçarpacaq dərəcədə artıb.

SİA-nın əldə etdiyi məlumata görə, bunu ABC News-un sifarişi ilə keçirilən Ipsos-un son sorğusu sübut edir.

ABŞ-da vitse-prezident Harrisin reytinqi 43 faizə yüksəlib, 42 faiz isə onu bəyənmir.

Keçən həftə Bayden geri çəkildiyini elan etməzdən əvvəl bu rəqəmlər müvafiq olaraq 35 və 46 faiz idi.

ABŞ vitse-prezidentinin lehinə ən nəzərəçarpacaq artım müstəqil seçicilər (yəni Respublikaçılar və ya Demokratlar Partiyasını dəstəkləməyənlər) arasında olub – 28 faizdən 44 faizə, bəyənməyənlər isə 47 faizdən 40 faizə düşüb. Ümumilikdə, Amerika seçicilərinin 52 faizi Demokratlar Partiyasından prezidentliyə namizəd kimi Kamala Harrisi dəstəkləyir.

Eyni ABC News/Ipsos sorğusunda Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın reytinqi bir həftə ərzində 40 faizdən 36 faizə düşüb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə