...Rusiya ABŞ prezidentliyinə namizədlərin heç birinə rəğbət bəsləmir.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Amerika seçki kampaniyasını bankadakı hörümçəklərin mübarizəsi adlandırıb.
SİA xəbər verir ki, onun sözlərini TASS sitat gətirir.
Qeyd edək ki, siyasətçinin şərhi jurnalistlərin keçmiş prezident Donald Trampın hakimiyyətə yeni yüksəliş ehtimalının Rusiya Federasiyası üçün yaxşı vəd edib-etməməsi ilə bağlı sorğusuna cavab olaraq verilib. Medvedevin izah etdiyi kimi, indi namizədlərin heç biri böyük rəğbət doğurmur və məsələ ölkənin qanuni hökumətinin nümayəndəsi ilə ünsiyyət qurmaqdır, ona görə də “ümumiyyətlə, Amerikada seçkilərdə kimin və necə qalib gələcəyi bizi maraqlandırmır.
Medvedev, Rusiyanın ABŞ-ın gələcək prezidentinə münasibətləri yaxşılaşdırmaq və bu gün Qərbin bütün dünyanı itələdiyi uçurumdan uzaqlaşmaq şansı verməyə hazır olduğunu da deyib.
Medvedevə görə, hazırda Amerika isteblişmentində dialoq aparmaq mümkün olan adamlar yoxdur, ona görə də hazırkı vəziyyət nikbinlik üçün çox az əsas yaradır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB