Ərdoğan əlini öpməyən uşağa yüngülcə sillə vurub..?

Ərdoğan əlini öpməyən uşağa yüngülcə sillə vurub..?

...Hadisə Rizə şəhərinin zəlzələdən zərər çəkmiş sakinlərinə mənzillərin açarlarının təqdim edilməsi mərasimində baş verib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, tədbir Türkiyə telekanalları tərəfindən də canlı yayımlanıb.

Deməli, kadrlarda bir uşağın Türkiyə liderinə necə yaxınlaşması və onun əlini öpmək əvəzinə sadəcə ona baxması əks olunub. Ərdoğan hörmət nümayişini gözləmədən uşağın yanağına yüngülcə şillə vurub.

Uşaq, yenə lazım olduğunu başa düşməyərək, prezidentin əlini sıxmaq qərarına gəlib.

Və yalnız böyüklərin təkidindən sonra oğlan nəhayət Ərdoğanın əlini öpərək alnına toxundurub.

...Qeyd edək, dövlət başçısının (...təkcə dövlət başçısınınmı – A.B.) əlini öpmək türk ənənəsidir. Erdoğan uşağa şillə vurmaqla ondan hörmət tələb etdiyini göstərdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə