Malidə əsir götürülən “Vaqner” qrupunun üzvləri Ukraynaya veriləcək..?
...Böyük bir “Vaqner” qrupunu məğlub edən və xeyli sayda yaraqlını əsir alan Mali üsyançı hərəkatının “Sülh, Təhlükəsizlik və İnkişaf üçün Daimi Strateji Platforması” və ya CSP-PSD nümayəndələri onları Ukrayna tərəfinə təhvil verməyi təklif ediblər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə iyulun 28-də üsyançıların X şəbəkəsindəki səhifəsindəki yazıda deyilir. Nəşr bildirir ki, bu qərar rus işğalçılarına qarşı vuruşan ukraynalı müdafiəçilərlə həmrəylik əlaməti olaraq qəbul edilib.
...Biz xeyli sayda “Vaqner” muzdlusunu əsir götürdük və dəstək, həmrəylik əlaməti olaraq bu məhbusları sizə təhvil vermək istəyirik. Bu jest sizə ədalət və azadlıq uğrunda mübarizənizdə kömək etmək məqsədi daşıyır.
Bunu üsyançılar yazıblar.
Yazıda həmçinin bildirilir ki, bu jest Ukrayna tərəfi ilə əlaqələri gücləndirməyə kömək edəcək və ümumi qələbəyə töhfə verəcək. Qeyd edək ki, nəşrə CSP-PSD ilə “Vaqner” PMC silahlıları arasında baş verən toqquşmanın nəticələrini əks etdirən video əlavə edilib. Kadrlarda sınmış texnika və hərbi şirkətin ondan çox öldürülmüş yaraqlısını görmək olar.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB