Putin Hərbi Dəniz Günündə dənizçilərə müraciət edib

Putin Hərbi Dəniz Günündə dənizçilərə müraciət edib

Rusiya prezidenti Vladimir Putin Rusiya və əcnəbi dənizçiləri Hərbi Dəniz Qüvvələri Günü münasibətilə təbrik edib.

Rusiya lideri vurğulayıb ki, su insanları nəinki ayırır, həm də birləşdirir.

...Su insanları nəinki ayırır, həm də birləşdirir. Bu, bəşər tarixi boyu belə olmuşdur. Nə yollar, nə də təyyarələr var idi. Ancaq çaylar, dənizlər və okeanlar var idi və insanlar əlaqələr qurmaq üçün onların boyunca hərəkət edirdilər. Məhz buna görə də dənizçilərin təbiətində onlar əməkdaşlığa can atırlar...

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Putin bildirib.

Qeyd edək ki, veriliş “Rossiya-24” telekanalında baş tutub. Dövlət başçısı rusiyalı dənizçiləri də peşə bayramı münasibətilə təbrik edib, Sankt-Peterburqda keçirilən paradın xarici qonaqlarına təşəkkür edib.

Putin tədbirdə iştirak edən Çindən olan hərbi orkestrə də təşəkkür edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə