Çinin Hunan əyalətində şiddətli yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində 11 nəfər ölüb. SİA əyalətin fövqəladə hallarla mübarizə departamentinə istinadla xəbər verir ki, təbii fəlakət səhər saatlarında Yuelin kəndində baş verib. Sürüşmə 18 nəfərin yaşadığı yaşayış binasının dağılması səbəb olub. Axtarış işlərinin gedişində 11 nəfərin meyiti tapılıb, 6 nəfər yaralı vəziyyətdə aşkarlanıb.
Hazırda axtarış işləri davam edir. Sürüşmə vaxtı binada dəqiq neçə nəfərin olduğu bilinmədiyi üçün ölü sayının çoxalma ehtimalı var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB