...Xatırlamış olarsınız: SİA ötən gün bu barədə, yəni ağır texnikanın çatışmazlığından əziyyət çəkən rus ordusunun anbarlarda qalan köhnə texnikaya əl qoyduğu barədə yazmışdı.
Budur, deyilənlərə görə, Rusiya onlarla T-90M Prorıv tankını Sertolovo poliqonundan Sankt-Peterburqa köçürüb. Ruslar zirehli texnikalarını tez bir zamanda Ukrayna cəbhəsinə göndərməyi düşünürlər.
Ukrayna saytlarının yazdığına görə, bu, ehtiyatlardan istifadə edərək bərpa etməyə tələsdiyi rus qoşunlarının əhəmiyyətli itkilərindən xəbər verir.
...Və bu barədə ukraynalılar və Krım tatarlarının yaratdığı “Atəş” hərbi-partizan hərəkatının Teleqram kanalında məlumat verilib. Partizanlar Finlandiya Dəmir Yolu Körpüsü boyunca düşmən texnikası kolonunun hərəkətini qeydə aldılar.
...Biz Ukrayna Silahlı Qüvvələri ilə birlikdə yük platformalarının sayını onlayn izləməyə davam edirik. Rusiya zirehli maşınlarının növbəti partiyası tezliklə əvvəlki kimi yenidən paslı metal qırıntılarına çevriləcək.
Ukrayna tərəfi deyir bunu.
Yeri gəlmişkən, cəbhə xəttindən təqribən 1300 km aralıda yerləşən Leninqrad vilayətindəki Sertolovo şəhərində rusların tank poliqonu var. 71717 saylı hərbi hissə Sankt-Peterburq yaxınlığındakı bu məntəqədə yerləşir. Bu, rus əsgərlərinin təlim keçdiyi, daha sonra tank və motoatıcı qoşunlarda xidmət edən təlim mərkəzidir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB