Kursk vilayətində neft anbarı pilotsuz təyyarənin hücumundan sonra yanır...
...Rusiyanın Kursk vilayətində bazar gününə, iyulun 28-nə keçən gecə partlayışlar baş verib. Əvvəlcə pilotsuz təyyarələrin uçan səsləri eşidilib, partlayışlardan sonra neft anbarı yanmağa başlayıb.
İlkin məlumata görə, Polevaya kəndində neft bazası yanıb. SİA bu barədə rus saytlarına istinad edir.
Rusiya mətbuatının məlumatına görə, yerli sakinlər yerli vaxtla səhər saat iki radələrində yerli neft anbarı ərazisində bir neçə güclü partlayış səsi eşidiblər.
Bundan əvvəl onlar uçan dronların xarakterik səsini eşidiblər. Partlayışlardan sonra hadisə şahidləri səmada güclü tüstü görüblər.
Hələlik bu barədə rəsmi məlumat yoxdur.
Yerli ictimaiyyət dron hücumundan sonra üç neft anbarının yandığını bildirirlər.
...Bundan əlavə, yerli söhbətlərdə şahidlər partlayışların başqa bir şəhərdə - Rosneft neft anbarının yerləşdiyi Sudjada da baş verdiyini söyləyirlər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB