...Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyə parlamentində çıxış etməkdən imtina edən Fələstin Milli Administrasiyasının lideri Mahmud Abbasdan üzrxahlıq gözlədiyini bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti yazıb.
Nəşr qeyd edir ki, Türkiyə parlamenti Abbası İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ Konqresinə səfəri ilə eyni vaxtda danışmağa dəvət edib, lakin Fələstin tərəfi bu təklifə dəqiq cavab verməyib.
Ərdoğan Türkiyə tərəfinin Fələstin rəhbərinin səfərini gözlədiyini, lakin onun gəlmədiyini vurğulayıb.
Ərdoğan bildirib ki, Netanyahu ABŞ Konqresində “alqışlanarkən” bir damla belə insanlığı olan heç kim bu cür prinsipsiz davranışa haqq qazandıra bilməz.
Bundan əvvəl Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib ki, Abbas yaxın vaxtlarda Rusiyaya rəsmi səfər edə bilər və bu səfər zamanı rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparacaq.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB