...ABŞ-ın vitse-prezidenti, ölkənin Demokratlar Partiyasından prezidentliyə namizəd olan Kamala Harris prezidentlik yarışında özünü “qaranlıq at” hesab edir.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
...Biz bu yarışın qaranlıq atlarıyıq. Biz qaranlıq atlarıq, lakin bu kampaniya xalq tərəfindən dəstəklənir.
O, Massaçusets ştatının Pittsfild şəhərində kampaniyası üçün keçirilən ianə mərasimində bildirib.
Harris Respublikaçı rəqibi Donald Trampı özü haqqında yalan danışmaqda ittiham edib.
...Baxdığınız kimi, Donald Tramp mənim rekordum haqqında yalanlar söyləyir. Onun və onun namizədi (Respublikaçı vitse-prezidentliyə namizəd Ceyms David Vance) dediyi bəzi şeylər sadəcə olaraq qəribədir.
Bunu deyən vitse-prezident, Trampın onunla debatda iştirak etməyə razı olacağına ümid etdiyini bildirib.
…Onun debatdan yenicə çıxdığını görə bildiniz. Ümid edirəm ki, o, fikrini dəyişəcək, çünki danışacaq çox şeyimiz var.
Harris deyib bunu.
Yaddaş üçün: ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB