“Biz şimalda “Hizbullah”a qarşı hərtərəfli müharibə anına yaxınlaşırıq”...

Qolan təpələrindəki uşaq meydançasına raket zərbəsindən sonra...
“Biz şimalda “Hizbullah”a qarşı hərtərəfli müharibə anına yaxınlaşırıq”...

...İsrail “Hizbullah”la müharibəyə doğru gedir. Bunu ölkənin xarici işlər naziri İsrael Katz deyib.

Nazir bu açıqlamanı Livan qruplaşmasının Qolan təpələrinə raket hücumundan dərhal sonra verib.

Hücum nəticəsində, yenilənmiş məlumatlara görə, 9 uşaq həlak olub, daha 30 nəfər yaralanıb, o cümlədən 10 uşağın vəziyyəti hələ də ağır olaraq qalır.

İsrailin “N12chat” teleqram kanalı Xarici İşlər Nazirliyinin başçısından sitat gətirib: "Biz şimalda “Hizbullah”a qarşı hərtərəfli müharibə anına yaxınlaşırıq".

SİA-nın bir müddət bundan əvvəl xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Livanın yarımhərbiləşmiş “Hizbullah” qruplaşması Colan təpələrinə kütləvi raket hücumu həyata keçirib.

İddialara görə, raketlərdən biri futbol meydançasına və yaxınlıqdakı uşaq meydançasına düşüb.

...Raket düşən zaman burada uşaqlar olub.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə