ABŞ dövlət katibi Antoni Blinken şənbə günü Çinin xarici işlər naziri Vanq Yi ilə görüşü zamanı Pekinin Rusiya hərbi sənaye kompleksinə dəstəyini davam etdirəcəyi təqdirdə ABŞ tərəfindən görüləcək tədbirlər barədə xəbərdarlıq edib. ...Dövlət katibi ÇXR-in Rusiyanın müdafiə sənayesi bazasına dəstəyi ilə bağlı ciddi narahatlığını təkrarlayıb və açıq şəkildə bildirib ki, əgər ÇXR Avropa təhlükəsizliyinə bu təhlükəni aradan qaldırmaq üçün tədbir görməsə, Birləşmiş Ştatlar bunun üçün müvafiq tədbirlər görməyə davam edəcək.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Dövlət Departamenti öz saytında məlumat yayıb.
Dövlət katibi Tayvan boğazı boyunca sülh və sabitliyin qorunmasının vacibliyini qeyd edib.
Blinken Çinin Cənubi Çin dənizində sabitliyi pozan hərəkətlərindən narahatlığını ifadə edib və ABŞ-ın naviqasiya eləcə də havada uçuş azadlığına, habelə mübahisələrin beynəlxalq hüquq normalarına uyğun olaraq sülh yolu ilə həllinə dəstəyini təkrarlayıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB