...Böyük Britaniya Rusiya-Britaniya münasibətlərinin gərginləşməsi riski səbəbindən Ukrayna Silahlı Qüvvələrinə Rusiya ərazisinə zərbələr endirmək üçün “Storm Shadow” raketlərindən istifadə etməyə icazə vermir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “The Times” yazır.
...Britaniya Moskva ilə münasibətlərdə gərginliyin ciddi şəkildə artmasından ehtiyat edir.
Bunu qeyd edən nəşrin məlumatına görə, bu yanaşmanı bir sıra digər NATO ölkələri də bölüşür.
Eyni zamanda, Ukrayna prezidenti Vladimir Zelenski daha əvvəl Rusiya Federasiyasına uzaq məsafədən zərbələr endirmək üçün Britaniya hökumətindən icazə aldığını iddia etmişdi.
Ümumiyyətlə, “The Times” Britaniyanın Rusiya ərazisinə zərbələr endirmə siyasətini çox qarışıq kimi xarakterizə edir.
Xatırladaq ki, bundan əvvəl Böyük Britaniyanın baş naziri Keir Starmerə Ukrayna Silahlı Qüvvələrinə ötürülən silahlarla Rusiyaya zərbələr endirməyə icazə verməsi tələb olunub. Bunu xüsusilə müxalifətdə olan Mühafizəkarlar Partiyasının nümayəndələri - keçmiş müdafiə naziri Tobias Ellvud və İcmalar Palatasının üzvü Bob Sili tələb ediblər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB