Brakonyerlər 50 ilə qədər cəza alıblar

Kərgədanları öldürdükləri üçün
Brakonyerlər 50 ilə qədər cəza alıblar

Cənubi Afrika məhkəməsi ağ kərgədanları öldürən üç brakonyeri çoxillik həbs cəzasına məhkum edib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Dominik Mnisi, Lvazi Malambe və Ayanda Nqomane müvafiq olaraq 50, 33 və 21 il həbs cəzası alıblar. Onlar bilavasitə kərgədan ovlamaqla yanaşı, qanunsuz silah saxlama, cinayət törətmək üçün sui-qəsd və daha on nəfərə yaxın ittihamlar irəli sürüblər.

Mnisi və Malambe 2017-ci ilin yanvarında Kruger Milli Parkında saxlanılıb. Onların bir tüfəngi, patronları və dörd təzə kəsilmiş kərgədan buynuzları var idi. Onların saxlandığı yerdən bir qədər aralıda güllələnmiş iki ağ kərgədan aşkar edilib. Hər iki təqsirləndirilən şəxs məhkəməyə qədər zaminə buraxılıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə