Rusiya köhnə zirehli maşınlara keçir...

Rusiya köhnə zirehli maşınlara keçir...

...OSINT (ictimai sahədən kəşfiyyat məlumatlarının axtarışı, seçilməsi və toplanması ilə bağlı kəşfiyyat bölümü-A.B.) tədqiqatçısı, Yakub Yanovski üç gün ərzində Rusiya zirehli texnikalarının itki statistikasını yeniləyib.

Deməli, bu ərəfədə Rusiyanın tank itkilərinin demək olar ki, yarısı - 13-dən 7-si T-62-lər olub.

Tədqiqtçı BTR-70-in itkisini də qeyd edib.

OSINT tədqiqatçısı qeyd edir ki, ruslar əvvəlki həftə ərzində 4 BTR-70 və iki BRDM-2 itirib, baxmayaraq ki, bütün genişmiqyaslı müharibə zamanı bu tip avadanlıqların qeydə alınmış itkiləri müvafiq olaraq cəmi 14 və 12 olmuşdu.

...Belə görünür ki, Rusiya Silahlı Qüvvələri müharibəni davam etdirmək üçün getdikcə çox köhnə zirehli maşınlara etibar etmək məcburiyyətindədir və bu, artıq vizual olaraq qeydə alınan itkilərin siyahılarında da öz əksini tapır.

...Rusiya anbar bazalarında T-62 və BTR-70 ehtiyatları hələ də kifayət qədər əhəmiyyətli olsa da, bir çox digər ehtiyatlar artıq tükənməkdədir.

...Və buna görə də bu tip zirehli maşınlara keçid tendensiyası yalnız davam edəcək?..

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə