Kosmosdan geri dönüş olacaqmı?

ABŞ-ın Boeing şirkəti tərəfindən istehsal edilən Starliner ilə kosmosa çıxan iki astronavt qapalı qalmaqda davam edir. SİA xəbər verir ki, rəsmilər Boeing istehsalı olan aparatda sızma baş verməsi səbəbindən 51 gündür kosmosda "girov" qalan iki astronavtın Beynəlxalq Kosmik Stansiyada ən yaxşı halda bir neçə həftə qala biləcəklərini söyləyiblər.

Astronavtlar Butch Wilmore və Suni Williams kosmik gəminin ilk ekipaj səyahəti olan Boeing Starliner-də buraxıldıqdan sonra kosmosda cəmi səkkiz gün qalmalı idilər. İndi onlar kosmosda planlaşdırdıqları missiyadan 43 gün artıq qalıblar. Kosmosa çıxanda astronavtlar kosmik aparatda helium sızması aşkar ediblər.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə