Tramp sui-qəsd olunduğu ərazidə yenidən mitinq keçirəcək

ABŞ-ın keçmiş prezidenti Donald Tramp iyulun 13-də sui-qəsdə məruz qaldığı ərazidə yenidən seçki aksiyası keçirəcəyini açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Tramp “Truth” sosial platformasındakı paylaşımında deyib: “Mən böyük və gözəl mitinq üçün Pensilvaniya ştatının Butler şəhərinə qayıdacağam”.

Mitinqin sui-qəsd cəhdi zamanı yaralanan yanğınsöndürən Kori Komperatore və digər “vətənpərvərlər”in şərəfinə təşkil ediləcəyini bildirən Tramp onun keçiriləcəyi gün barədə məlumat verməyib.

Tramp yazısını “Müharibə, müharibə, müharibə! Detallar üçün bizi izləyin.” O, kimi açıqlamalarla yekunlaşdırıb.

ABŞ-ın keçmiş prezidenti Tramp iyulun 13-də Pensilvaniya ştatının Butler şəhərində seçki mitinqində kürsüdə çıxış edərkən hücuma məruz qalıb və sağ qulağından xəsarət alıb. Hücumda mitinqə qatılan 1 nəfər ölüb, 2 nəfər yaralanıb, ABŞ Gizli Xidməti isə hücumçunun zərərsizləşdirildiyini açıqlayıb.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə