Tramp Kremlə tələdən çıxmağa kömək etməyəcək!

Bunlar boş ümidlərdir..?

...Deməli, ötən gün Mayk Pompeo və Devid Urban “The Wall Street Journal”-da “Trampın Ukrayna üçün sülh planı” başlıqlı məqalə dərc ediblər.

...Qeyd edək ki, yazının əhəmiyyəti onda deyil ki, Tramp noyabr seçkilərində qalib gəlsə, məqalədə qeyd olunan planı, yəni Rusiyaya qarşı sanksiyaların gücləndirilməsini, Ukraynaya silah tədarükünə, onlardan istifadəyə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını, 500 milyard dollarlıq lend-liza proqramını, Ukraynanın Avropa İttifaqı və NATO-ya daxil olmasını həyata keçirəcək.

...Təbii ki, məqalənin müddəalarının Tramp tərəfindən bəyənildiyini söyləmək olmaz, amma yenə də Tramp administrasiyasında keçmiş dövlət katibi olan Mayk Pompeonun şəxsiyyətini nəzərə alaraq, təkliflərə diqqət yetirməyə dəyər.

SİA-nın əldə etdiyi məlumata görə, “SerpomPo” Telegram kanalı Kremlin Trampa olan ümidlərinin çox güman ki, boş olacağını ehtimal edir.

Kanal, Pompeo və Urbanın məqaləsinin bu tezisə töhfə verdiyini əsas kimi göstərir.

Yenə də kanalda yer alan yazıya görə, Tramp Kremlə Putinin fevralın 24-də girdiyi tələdən çıxmağa kömək etməyəcək.

...Ona görə də Amerikada noyabr seçkilərinin nəticələrindən asılı olmayaraq həll yolu axtarılmalıdır..?

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə