Kreml ABŞ seçkilərindən qorxur...

“The Washington Post”: Onlar Kamala Harrisdən nə gözləyəcəklərini bilmirlər

...Rusiya ABŞ və Fransa seçkilərində baş verə bilən sürprizlərdən qorxur. Rusiya Federasiyasında xüsusi narahatlıqla Demokratlar Partiyasından ABŞ-ın prezidentliyinə ehtimal olunan namizəd, Kremlə tamamilə məlum olmayan Kamala Harrisə baxırlar.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “The Washington Post”un beynəlxalq köşə yazarı Ketrin Belton yazır.

O, vurğulayır ki, prezident Bayden yenidən seçilmək üçün namizədliyindən imtina etdiyini bəyan edəndə bu, Rusiya elitasının bir çox üzvlərinə zərbə oldu. Axı Kreml və onun tərəfdarları hesab edirdilər ki, Donald Tramp Ukraynada müharibəni “Rusiyanın aqressiv, ekspansionist şərtləri ilə” həll etmək üçün “imkanlar pəncərəsi” yaratmaqla qalib gələ bilər.

...Kəmalə Harris seçkidə qalib gəlsə, bu, Kreml üçün böyük məyusluq olacaq. Ona görə yox ki, onlar hansısa konkret anti-Rusiya addımları gözləyirlər, ona görə ki, Amerika siyasətinin mahiyyəti onların nöqteyi-nəzərindən irrasional, qeyri-praqmatik və özünü məhvedici xarakter alacaq.

Qeyd edək ki, bunu hazırda Fransada yerləşən Rusiyanın siyasi konsaltinq şirkəti R.Politik-in təsisçisi Tatyana Stanovaya deyib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə