Qızıl Meydanda daha bir nəfər özünü yandırıb...

...Artıq xəbər verildiyi kimi, Moskvada, Qızıl Meydanda bir nəfər özünü yandırmağa cəhd edib. Mash Telegram kanalının şahidlərə istinadən verdiyi məlumata görə, naməlum şəxs Vladimir Leninin cəsədi ilə məqbərədən cəmi bir neçə metr aralıda özünə alışan maye tökərək od vurub.

Baş verənlərə dərhal müdaxilə edən polis əməkdaşları kişini yerə yıxıblar, bundan sonra yanğını söndürüblər, daha sonra ərazini mühasirəyə alıblar. O, demək olar ki, yaralanmamışdı. Səbəblər hələlik məlum deyil - saxlanılan şəxs hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dindirilir.

Xatırladaq ki, Moskvada analoji hadisə may ayında da baş vermişdi.

Daha sonra paytaxtın şimal-şərqində, Menjinski küçəsində yerləşən hündürmərtəbəli binada konsyerj özünü yandırmağa cəhd edib.

Yanğının baş verdiyini bildirmək üçün gələn xilasedicilər qadını sağ aşkarlayıb xəstəxanaya çatdırmışdılar.

Mətbuatın yazdığına görə, onu bu cür hərəkətlərə şəxsi motivlər sövq edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə