Ruslar həftə ərzində Ukraynanın minlərlə itki verdiyini deyirlər...

...Ukrayna Silahlı Qüvvələri bir həftə ərzində 13 825 hərbçi itirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin həftəlik hesabatından məlum olub.

Ukraynalılar Rusiyanın “Qərb” və “Cənub” hərbi qruplarının bölmələri ilə toqquşmalarda ən çox itki verdi - müvafiq olaraq 3640 və 4640 döyüşçü.

Nazirliyin hesabatından belə çıxır ki, Ukrayna Silahlı Qüvvələri Şimal, Mərkəz, Şərq və Dnepr hərbi qruplarının bölmələrinin nəzarəti zonalarında daha 5545 hərbi qulluqçusunu itirib.

İyulun 19-da müdafiə departamenti Kiyevin bir həftə ərzində itirdiyi 13 075 ukraynalı əsgərin olduğunu bildirdi.

Bir gün əvvəl Rusiya Müdafiə Nazirliyi bildirmişdi ki, gün ərzində xüsusi hərbi əməliyyat zonasında Ukrayna qoşunları 2025 şəxsi itirib.

...Xatırladaq ki, bunu ruslar iddia edir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə