Kreml Parisdə rusiyalının saxlanmasına münasibət bildirib

...Parisdə rusiyalının saxlanması ilə bağlı Kremldə məlumat yoxdur. SİA TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

...Biz mətbuatda yazılanları görmüşük. Onlar hətta belə demək olarsa, çox gülməlidir. Nəzəri olaraq həbslə bağlı Parisdəki səfirliyimizə məlumat verilməlidir. Ümid edirik ki, məlumat onlara təqdim olunacaq.

Dmitri Peskovun fikirləridir.

...Və bundan əvvəl Paris polisi Olimpiada zamanı vəziyyəti sabitliyi pozmağa cəhd etməkdə şübhəli bilinən rusiyalını saxlayıb. Ona qarşı Fransada düşmənçiliyi qızışdırmaq üçün xarici dövlətlə əməkdaşlıq etdiyinə görə iş açılıb.

“Le Monde” yazır ki, rusiyalı bir neçə gün əvvəl Parisdə saxlanılan Kirill Qryaznovun adını çəkib. İddialara görə, o, may ayının əvvəlində sərxoş halda Sofiya hava limanında bir növ şəxsiyyət vəsiqəsi göstərərək müxtəlif insanlara planlarını danışıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə