Ulyanovskda yaşayış binası yanır...

Ulyanovskda yaşayış binasında güclü yanğın baş verib. Hazırda Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları alovla mübarizə aparır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, yanğın Korunkova küçəsində baş verib.

İdarənin regional qərargahının mətbuat xidmətindən verilən son məlumata görə, üç mənzil yanır.

Bütün təcili yardım xidmətləri hadisə yerindədir, yanğınsöndürənlər sakinləri təxliyə etməyə başlayıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə