“Avropanın raketdən müdafiəsi son həddə çatıb...”

“The Economist” nəşri vəziyyətin kritik olduğunu yazır

...Aparıcı nəşr “The Economist” bu günlərdə Avropada hava hücumundan müdafiə sisteminin vəziyyətini təhlil edən material dərc edib.

Buna səbəb hazırda Rusiya ilə Ukrayna arasında cərəyan edən münaqişəli vəziyyət olub.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, nəşrin gəldiyi nəticələr çox kədərlidir.

...Deməli, nəşrin iddiasına görə, Avropanın hava hücumundan müdafiə sistemi bu gün acınacaqlı vəziyyətdədir. Onun silahlı qüvvələri bir müddətdir ki, öz səmalarını qorumaq barədə ciddi düşünmürdülər. Hazırda Avropa ölkələrinin raketdən müdafiə imkanları son həddədir; əksər ölkələrin kütləvi hücumların qarşısını almaq üçün kifayət qədər vasitələri yoxdur.

Məqalədə qeyd edilir ki, bir çox Avropa ölkələrinin öz batareyalarını Kiyevə köçürməsi vəziyyəti daha da pisləşdirir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə