Kaspiyskdə yaşayış binası təxliyyə edilib

Təcili xidmətlər yerindədir
Kaspiyskdə yaşayış binası təxliyyə edilib

Dağıstanın Kaspiysk şəhərində xüsusi tədbirlər keçirilir, RİA Novosti hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verir. Yaşayış binasının sakinlərinin təxliyə edildiyi bildirilir. Sosial şəbəkələrdə yerli qruplarda sakinlər bildirirlər ki, naməlum şəxslər mənzillərdən birində barrikada quraraq, partlayışla hədələyirlər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hadisələr Alferov küçəsində baş verir. Onun sözlərinə görə, hay-küy salan şəxsin sərxoş olması ehtimal edilir. Hazırda evdə elektrik enerjisinin kəsildiyi bildirilir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə