“Çin nə Ukraynanın, nə də Rusiyanın tərəfində durmayacaq...”

Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri bunun səbəbini açıqlayıb
“Çin nə Ukraynanın, nə də Rusiyanın tərəfində durmayacaq...”

Çin indiki müharibədə nə Ukraynanın, nə də Rusiya Federasiyasının yanında yer almayacaq. Pekin yalnız bir ölkənin maraqlarını dəstəkləyir.

SİA-nın əldə etdiyi məlumata görə, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bu barədə TSN-ə müsahibəsində bildirib.

Kulebanın sözlərinə görə, Çin yalnız Çinin tərəfində olacaq.

...Çinin Rusiyanın və ya Ukraynanın tərəfində olacağına inananlar dərindən yanılır və Çinin təkcə Ukraynada deyil, dünyada vəziyyətin inkişafı ilə bağlı strateji baxışına həddən artıq səthi baxırlar.

Bunu deyən ukraynalı nazir izah edib ki, bu gün söhbətin mühüm hissəsi Ukrayna və Çin arasında ikitərəfli münasibətlərin inkişafına həsr olunub. Xüsusilə, iqtisadiyyat və ticarətdə.

...Aydın siqnal var idi ki, Çin Ukrayna ilə ikitərəfli münasibətlərə onların Rusiya ilə münasibətləri və ya bizim dövlətlərlə münasibətimiz...eləcə də müharibə kontekstindən kənarda baxır. Bu o deməkdir ki, Çin müstəqil Avropa ölkəsi kimi Ukrayna ilə münasibətlərin Çinin xarici siyasətinin ayrıca istiqaməti olacağını aydın başa düşür.

Kulebanın fikridir bu. O bildirir ki, çinlilər iki dəfə düşünmürlər ki, “burada biz Rusiya ilə döyüşmək üçün ayağa qalxacağıq, burada Ukraynanın tərəfini tutacağıq”.

...Onlar hər zaman, min illər boyu möhkəm dayanıblar və bundan sonra da yalnız Çinin maraqları mövqeyində dayanacaqlar, - bunu da ukraynalı nazir bildirib.

Xatırladaq ki, dünən, iyulun 25-də Kuleba çinli həmkarı Vanq Yi ilə bir neçə saatlıq görüş keçirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə