Tramp Zelenski ilə telefon danışığının təfərrüatlarını açıqlayıb

Tramp Zelenski ilə telefon danışığının təfərrüatlarını açıqlayıb

ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı zamanı onu tezliklə sülhə nail olmağa çağırıb.

SİA-nın əldə etdiyi məlumata görə, Tramp Fox News-a müsahibəsində danışıqların təfərrüatlarını açıqlayıb.

...Mən dedim ki, biz bu hərbi münaqişəyə son qoymalıyıq. Bu döyüş maşınıdır. Qarşınızda hərbi maşın var. Onların etdikləri budur. Onlar müharibədədirlər. Hitlerə qalib gəldilər. Onlar Napoleonu məğlub etdilər...

Eks-prezident onun “ruslardan danışdığını” açıqlayıb.

Trampın sözlərinə görə, Zelenski ilə söhbətində o, Ukraynanın “yaz hücumunun heç vaxt baş vermədiyini” və Rusiya tərəfinin “milyonlarla mina quraşdırdığını” vurğulayıb.

Tramp Ukraynadakı döyüşləri “baş verməməli olan tam qarışıqlıq” adlandırıb.

İyulun 20-də Zelenski bildirib ki, Trampla telefon danışığı olub və o, amerikalı siyasətçi ilə şəxsi görüş barədə razılığa gəliblər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə