...Rusiyada banklar yeni sxem üzrə fırıldaqçılar tərəfindən oğurlanan pulları müştərilərə qaytarmağa başlayacaqlar. Şübhəli hesablara köçürmələrin dayandırılacağı və potensial qurbanın mümkün risklər barədə məlumatlandırılacağı qanun qüvvəyə minib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, fikrinizi dəyişmək üçün iki gününüz olacaq.
...Maliyyə qurumları vaxtında əməliyyatı dayandırmasalar, oğurlanmış pulları 30 gün ərzində müştəriyə qaytarmağa borclu olacaqlar.
Burada qeyd etmək vacibdir ki, əgər müştəri xəbərdarlıqlara baxmayaraq, pul köçürməsində israr etməkdə davam edərsə, bank əməliyyatı həyata keçirməyə borcludur və artıq buna görə məsuliyyət daşımayacaq.
Bundan əvvəl bəzi rus saytları aztəminatlı ruslar üçün yeni sosial dəstək tədbirlərinin hazırlandığını bildirmişdi. ...Vətəndaşlar 50 min rubla qədər əmanət və ya hesab aça biləcəklər.
Müvafiq qanunu Rusiya prezidenti Vladimir Putin imzalayıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB