Rusiya NATO-nun Azov dənizində hərbi-dəniz bazası yaratmaq planını pozub.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin köməkçisi Nikolay Patruşev “Rossiyskaya qazeta”ya müsahibəsində bildirib.
...NATO-nun Azov dənizində hərbi-dəniz bazası yerləşdirməyi və donanmadan istifadə edərək hərbi avantüraları həyata keçirməyi planlaşdırmasının qarşısı alınıb.
Bunu deyən Patruşev, əlavə edib ki, baza tikməklə alyans Krımda hərbi dəniz bazasının yaradılmasını da əhatə edən “on il əvvəl planların uğursuzluğunu kompensasiya etməyə” çalışır.
Patruşevin sözlərinə görə, NATO yarımadanı ABŞ qoşunları və onların müttəfiqləri üçün daimi məkana çevirməyə çalışırdı.
Rus iddialarına görə, may ayında müdafiə nazirinin keçmiş köməkçisi Stiven Brayan NATO-nun Krımı ələ keçirmək planının iflasa uğradığını açıqlamışdı.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB