"Medvedevin oğlu niyə döyüşmür..?"

"Əlverişsiz" sualdan sonra RosTV-də qalmaqal başlayıb
"Medvedevin oğlu niyə döyüşmür..?"

…“Komsomolskaya pravda” radiosunun efirinə düşə bilən siravi ruslardan biri canlı aparıcıdan rus elitası və məmurlarının uşaqlarının niyə vuruşmadığını soruşub.

SİA-nın “Dialoq.ua”-a istinadən xəbər verir ki, zəng edən şəxs Rusiyanın keçmiş baş naziri Medvedevin dəbdəbəli həyatını gizlətməyən və cəbhəyə getmək niyyətində olmayan oğlu ilə maraqlanıb.

…Amma cavabında aparıcılar rus məmurun oğlunu müdafiə etməyə qalxaraq, kişinin sözünü kəsib, onunla kobud tərzdə davranmağa, ona özünün niyə döyüşə getməyini, siravi rusu təcili döyüşlərə qatılmağı məsləhət görməyə başlayıblar.

…Medvedevin oğlu niyə döyüşmür?.

Bunu zəng edən şəxs soruşub.

…Bəs, sən niyə niyə döyüşmürsən?

Bunu isə rus yayımçısı siravi rusa ünvanlayıb və zəngi kəsib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə