ABŞ bu ölkədən ordusunun bir hissəsini çıxarır

ABŞ bu ölkədən ordusunun bir hissəsini çıxarır

ABŞ və İraq beynəlxalq koalisiyadakı Amerika qoşunlarının bir hissəsinin ölkədən çıxarılması ilə bağlı razılığa gəliblər. SİA xəbər verir ki, bu barədə bəzi KİV-lər anonim mənbələrə istinadən məlumat yayıblar. Bildirilir ki, ABŞ Ayn əl-Əsəd bazasından qoşunları çıxarmağa hazırdır, lakin Ərbildəki Hərir bazasından çıxmağı düşünmür. ABŞ tərəfi hesab edir ki, Ərbildəki baza İŞİD-ə qarşı əməliyyatların koordinasiyasında olduqca əhəmiyyətlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə