Almaniya Ukraynanın Rusiyaya zərbə endirməsinə nə üçün icazə verdi?

...Berlin Rusiya Federasiyasının Xarkova zərbələr endirməsini çətinləşdirmək üçün Kiyevə öz silahları ilə Xarkov vilayəti ilə həmsərhəd Rusiya ərazisinə zərbələr endirməsinə icazə verdi. SİA RİA Novosti-yə istinadən xəbər verir ki, bu sözləri Almaniya kansleri Olaf Şolz deyib.

Onun sözlərinə görə, Almaniyanın məqsədi Rusiya Federasiyasının sərhəddən Xarkova kütləvi hücumlar üçün qoruyucu qalxan kimi istifadə etməsinin qarşısını almaq olub. ...Xatırladaq ki, iyun ayında Rusiya prezidenti Vladimir Putin Qərbin Ukrayna Silahlı Qüvvələrinə öz silahları ilə Rusiya Federasiyasının dərinliklərinə zərbələr endirməyə icazə verə biləcəyi ilə bağlı söhbəti şərh edərkən Moskvanın güzgü cavabı hüququna malik olduğunu bildirmişdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə