Yaxın Şərqdə NATO-nun analoqu peyda ola bilər

Təklifi İsrail irəli sürüb

...Deməli, İsrailin baş naziri Benyamin Netanyahu ABŞ Konqresində çıxış edib. O, ABŞ-a Yaxın Şərqdə “İran təhlükəsi”nə qarşı yönələcək NATO-ya bənzər yeni ittifaq yaratmağı təklif edib. Üstəlik, Netanyahu İsrailin Amerika ilə birlikdə Yaxın Şərqdə “İranın terror oxu ilə toqquşmada” qalib gələcəyinə söz verib.

…Sizi əmin edə bilərəm ki, biz qalib gələcəyik... ABŞ və İsrail bir yerdə olanda biz qalib gəlirik və ona görə də ABŞ və İsrail bir yerdə qalmalıdırlar.

SİA-nın əldə etdiyi məlumata görə, TASS bunu Netanyahudan sitat gətirir.

Qeyd edək ki, Vaşinqtonda İsrail baş nazirinin çıxışına qarşı kütləvi nümayiş keçirilib.

Belə ki, kütləvi nümayiş bir qrup Fələstin tərəfdarı və insan haqları təşkilatları tərəfindən təşkil olunub.

Etirazçılar əllərində Fələstin bayraqları və plakatlar qaldıraraq “Azad Fələstin” şüarı səsləndiriblər.

…Bu arada, milyarder İlon Mask Benyamin Netanyahunun çıxışında iştirak etməyi planlaşdırırdı.

Bunu da RİA Novosti xəbər verir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə