Daha çox ukraynalı sülh naminə əraziləri Rusiyaya verməyə üstünlük verir...

Daha çox ukraynalı sülh naminə əraziləri Rusiyaya verməyə üstünlük verir...

...Yeni sorğunun nəticələrinə görə, hər üç ukraynalıdan biri münaqişəyə son qoymaq üçün ərazilərin Rusiyaya verilməsini dəstəkləyir. Bunu Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun keçirdiyi sorğunun nəticələri sübut edir

SİA “The Times”-ə istinadən yazır ki, belə bir qərarı dəstəkləyənlərin sayı ötən illə müqayisədə 10 faizdən 32 faizə yüksəlib.

Beləliklə, araşdırmaya görə, ölkənin hər üçüncü sakini sülhün bərqərar olması naminə ərazilərini Moskvaya verməyə razı olacaq.

Nəşr bir daha xatırlaır ki, ötən il bu rəqəm cəmi 10 faiz olub.

...Respondentlərdən Ukraynanın hansı ərazilərdən ayrılması barədə sual verilməyib. Amma respondentlərin əksəriyyəti Kiyevin Rusiya tərəfinin tələbləri ilə razılaşmamalı olduğu fikrini bildirib.

Qeyd edilmılidir ki, Kiyev və onun müttəfiqləri Ukrayna Silahlı Qüvvələrinin ötənilki əks-hücumuna böyük ümid bəsləyirdilər. Lakin onun fiaskosu ukraynalıların yaxın gələcəkdə itirilmiş əraziləri geri qaytara biləcəkləri ilə bağlı gözləntilərini puç edib.

“The Times” yazır bunu.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə