“Rusiya “minimum məqsədlərə”çatmaq üçün 1,5 milyon hərbçi itirəcək...”

“Bununla yanaşı Rusiya ordusu “hesabsız milyardlarla dollar” dəyərində hərbi texnikasını itirəcək” - Britaniya Baş Qərargahı
“Rusiya “minimum məqsədlərə”çatmaq üçün 1,5 milyon hərbçi itirəcək...”

...Böyük Britaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Roli Uolker bildirib ki, Rusiyaya Ukraynanın dörd bölgəsini - Donetsk, Luqansk, Zaporojye və Xarkov vilayətlərini tam nəzarətə götürmək üçün ən azı beş il vaxt lazımdır. Hərbi lider hesab edir ki, bu “minimum məqsədlərə” nail olmaq üçün Moskva 1,5 milyondan çox hərbi qulluqçusunu itirəcək.

...Rusiya ordusu canlı qüvvə itkiləri ilə yanaşı, hesab olunmayan milyardlarla dollar dəyərində hərbi texnikanı da itirəcək.

SİA-nın əldə etdiyi məlumata görə, ingilis general bunu RUSI quru müharibəsi konfransında çıxışı zamanı deyib.

Uolker qeyd edib ki, o, Ukraynada müharibənin Rusiya üçün necə faydalı ola biləcəyini başa düşmür.

...Eyni zamanda o, etiraf edib ki, Rusiya Federasiyası ilə hərbi münaqişə zamanı Ukrayna ordusu da böyük itki verib.

...Uzun müharibədə qaliblər olmur. Bu, hər iki tərəf üçün tam dağıntı və itirilmiş nəsillərdir.

Qeyd edək ki, BBC bunu generalın sözlərindən sitat gətirir. ...Bir gün əvvəl Böyük Britaniya Müdafiə Nazirliyi Ukraynaya işğalın əvvəlindən Rusiyanın 550 min hərbi qulluqçusunu itirdiyini bildirmişdi.

Departament hesab edir ki, Vladimir Putinə ordunu 2022-ci ilin fevralındakı qüvvəyə qaytarmaq üçün beş il lazım olacaq və daha beş il müharibənin aşkar etdiyi zəif cəhətləri düzəltməyə sərf olunacaq.

...Britaniya kəşfiyyatının məlumatına görə, may və iyun ayları Xarkov vilayətində yeni cəbhənin açılması və Donbassda hücumun intensivləşməsi səbəbindən Rusiya ordusu üçün ən ölümcül aylar olub. Belə ki, iki ay ərzində Rusiya Silahlı Qüvvələri heç bir ciddi uğur əldə etmədən 70 min əsgər itirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə