...Regionun qubernatoru vəzifəsini icra edən Aleksey Smirnov öz Telegram kanalında Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində növbəti hücumu barədə məlumat verib.
...Bu gün Qluşkovski rayonunun Volfino kəndi yaxınlığında Ukrayna helikopteri biçinlə məşğul olan kombaynlara hücum edib.
...Onun sözlərinə görə, hücum nəticəsində 3 fermer yaralanıb. Onlar Qluşkovski rayon xəstəxanasına yerləşdiriliblər. Biçin texnikasına da ziyan dəyib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bundan əvvəl Kursk vilayətinin Sudja şəhərindəki sənaye müəssisəsi Ukrayna pilotsuz təyyarələrinin hücumunun hədəfinə çevrilmişdi.
Texnoloji binalara və avadanlıqlara ziyan dəysə də, amma şirkətin əməkdaşlarından heç biri xəsarət almayıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB