...ABŞ prezidenti Cozef Baydenin seçki kampaniyasını dayandırmaq qərarı sırf vətənpərvərlik aktıdır.
SİA-nın əldə etdiyi məlumata görə, bunu ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton New York Times üçün köşə yazısında bildirib.
Siyasətçi qeyd edib ki, vitse-prezident, Demokratlar Partiyasının mümkün namizədi Kamala Harris seçki yarışında qalib gələ bilər.
Tarix bizi izləyir. Prezident Baydenin kampaniyasını bitirmək qərarı həyatım boyu gördüyüm ən təmiz vətənpərvərlik aktı idi. Bu həm də hamımız üçün onun millətimizin ruhu uğrunda mübarizəsini davam etdirmək üçün hərəkətə çağırış olmalıdır, - deyə siyasətçi qeyd edib.
...Klinton qeyd edib ki, siyasi baxımdan qarşıdakı 15 həftə ABŞ-ın indiyədək yaşadığı heç bir şeyə bənzəməyəcək. O, şübhəsiz ki, Demokratlar bu yarışda qalib gələ bilər və qazanmalıdır,- deyib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə