Vay ukraynalıların halına, döyüşə “Axmat”ın yeni qüvvələri gəlir...

...“Axmat” xüsusi təyinatlılarının sıralarına gücləndiricilər qoşulub, döyüşçülər artıq xüsusi hərbi əməliyyat zonasına uçublar.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov Telegram kanalında yazıb.

...Dostlar! Böyük Vətənimizin layiqli övladları Rusiya Müdafiə Nazirliyinin əfsanəvi “Axmat” xüsusi təyinatlılarının sıralarına qoşulublar.

Bunu da Ramzan yazıb.

Onun sözlərinə görə, könüllülərin olduğu təyyarə artıq Qroznı hava limanından havaya qalxıb. Onların arasında təkcə Çeçenistan sakinləri deyil, Rusiyanın digər regionlarının sakinləri də var. Kadırov əlavə edib ki, onların hamısı xüsusi təyinatlılar universitetində hazırlıq kursunu bitiriblər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə