Şimali Koreya Belarusa “ənənəvi kosmetika” tədarük edəcək

Şimali Koreya Belarusa “ənənəvi kosmetika” tədarük edəcək

Şimalı Koreya Belarusa “ənənəvi kosmetika” tədarük edəcək. Belarusun xarici işlər naziri Maksim Rıjenkov Şimali Koreyanın xarici iqtisadi əlaqələr naziri Yun Çjou Ho ilə görüşdə bu barədə razılığa gəliblər.

SİA-nın əldə etdiyi məlumata görə, danışıqlar zamanı tərəflər ikitərəfli iqtisadi əməkdaşlığın “BMT Təhlükəsizlik Şurasının qərarları ilə məhdudlaşdırılmayan sahələrdə” inkişafını müzakirə ediblər.

..Bu baxımdan ərzaq təhlükəsizliyi, təhsil və səhiyyə, bəzi malların, o cümlədən Belarus ərzaq məhsullarının Şimalı Koreyaya qarşılıqlı tədarükü, həmçinin Belarus bazarı üçün ənənəvi Koreya kosmetikası məsələlərinə xüsusi diqqət yetirilir.

Bu barədə Belarus Xarici İşlər Nazirliyi məlumat yayıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə