Putin bütün ölkənin Donbas və Novorossiyanı dəstəklədiyini deyir...
Milyonlarla insan, demək olar ki, bütün Rusiya Donbass və Novorossiyanı dəstəkləyir.
SİA RİA Novosti-yə istinadən yazır ki, bunu bu gün Rusiya prezidenti Vladimir Putinin yeni regionların sosial-iqtisadi inkişafı ilə bağlı müşavirəsi zamanı deyib.
Onun sözlərinə görə, bir çox rusiyalı sakinlər, o cümlədən könüllülər dinc həyatın qurulmasında iştirak edirlər.
...Əslində bütün ölkə, milyonlarla insan, könüllülər və digər ictimai təşkilatlar Donbas və Novorossiyanı dəstəkləyir, onların yaradılması və böyüməsi üçün böyük potensiallarını üzə çıxarmağa kömək edirlər.
Bunu deyən Vladimir Putin bu torpağın "əsrlər boyu Rusiyanın ayrılmaz hissəsi olduğuna və indi öz Vətəninə qovuşduğuna" diqqət çəkib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə