Stefan Dujarrik Qəzzadakı vəziyyəti qiymətləndirib

Stefan Dujarrik Qəzzadakı vəziyyəti qiymətləndirib

Birləşmiş Millətlər Təşkilatının (BMT) sözçüsü Stefan Dujarrik bildirib ki, yalnız bir gündə Xan Yunisdə 150 ​​min insan yurd-yuvalarından didərgin düşüb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, BMT-nin sözçüsü Stefan Dujarrik keçirdiyi gündəlik mətbuat konfransında Qəzzadakı vəziyyətlə bağlı məlumat verib.

İsrailin hər bir "evakuasiya əmri"nin insanların həyatına mənfi təsir göstərdiyinə diqqət çəkən Stefan Dujarrik İsrail ordusunun hücumdan əvvəl broşuralar ataraq çox qısa müddətdə təxliyyə tələb etməsinin riskləri artırdığını da vurğuladı.

Stefan Dujarrik təkcə iyulun 22-də 150 ​​min insanın Xan Yunisi tərk etməli olduğunu bildirib.

İnsanların özləri ilə heç nə götürmədən qaçmaq məcburiyyətində qaldığını qeyd edən Stefan Dujarrik bu insanların getdiyi ərazilərdə heç bir infrastrukturun olmadığını da xatırladıb.

BMT-nin Uşaq Fonduna (UNICEF) aid 2 avtomobilin atəşə tutulmasına toxunan Stefan Dujarrik hücumun kim tərəfindən həyata keçirdiyini bilmədiklərini qeyd edib.

Stefan Dujarrik bölgədəki həmkarlarının araşdırma apara bilmədiklərini və münaqişə şəraitində vəzifələrini davam etdirməyə çalışdıqlarını bildirib.

BMT sözçüsü humanitar yardım işçilərinə və mülki şəxslərə qarşı hər hücumu pislədiklərini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə