Moskvada Rusiya hərbçisinin avtomobilində partlayış baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rusiyanın paytaxtı Moskvada park edilmiş avtomobildə baş verən partlayışda bir rusiyalı hərbçi və həyat yoldaşı yaralanıb.
Partlayış Ukraynada "xüsusi hərbi əməliyyatda" iştirak etdiyi deyilən rusiyalı hərbçi Andrey Torqaşov və həyat yoldaşının avtomobilə mindiyi zaman baş verib. Partlayış nəticəsində xəsarət alan Torqaşov və həyat yoldaşı xəstəxanaya aparılarkən, dayanacaqda olan bəzi avtomobillərə də ziyan dəyib.
Rusiya Daxili İşlər Nazirliyinin sözçüsü İrina Volk sosial media hesabında verdiyi açıqlamada hadisənin avtomobilə quraşdırılmış naməlum əşyanın partlaması nəticəsində baş verdiyini bildirib.
Volk polisin partlayışla bağlı araşdırmasının davam etdiyini ifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə