...“Rosneft”in rəhbəri İqor Seçin VI Rusiya-Çin enerji biznes forumu zamanı bildirib ki, digər neft hasil edən ölkələrdən barel əvəzinə Rusiya neftinin rekord səviyyədə alınması Çinə milyardlarla dollar dəyərində fayda gətirib.
...Bizim hesablamalarımıza görə, 2022-ci ilin yanvarından 2024-cü ilin iyun ayına qədər Rusiya neftinin idxalından Çin üçün iqtisadi effekt Yaxın Şərq tədarükçülərindən satınalmalar ilə müqayisədə 14-18 milyard dollar arasında dəyişir.
SİA-nın əldə etdiyi məlumata görə, bunu deyən Seçinin sözlərinə görə, Rusiya Səudiyyə Ərəbistanını qabaqlayaraq Çinin əsas neft tədarükçüsü olub və ixracı daha da artırmaq imkanlarını nəzərdən keçirir.
...Təkcə bu ilin birinci yarısında Rusiyanın Çinə neft tədarükü 5 faiz artaraq 55 milyon tonu ötüb.
Bunu da Seçin bildirib.
...Neftdən əlavə, Rusiya ötən il Çinə 40 milyard kubmetr qaz, həmçinin 100 milyon tondan çox kömür satıb.
Nəticədə Rusiya dəyər ifadəsində Çinin enerji idxalının demək olar ki, 20 faizini təmin edib.
Seçinin sözləridir.
İddialara görə, rusların neft endirimləri Çinə milyardlarla dollar qənaət etməyə imkan verir.
Deyim ki, bunu Qaydar İnstitutunun mütəxəssisləri bəyan ediblər.
...Kremlin ümidlərinin və prezident Vladimir Putinin Çinlə misli görünməmiş strateji tərəfdaşlıq haqqında bəyanatlarının əksinə olaraq, müharibə başlayandan sonra Çin şirkətləri ilə çətinliklər yaranıb. Belə ki, çinlilər sərt və barışmaz danışıqlar aparan reputasiyalarını bir daha təsdiqlədilər.
Deyim ki, bunu Rusiyanın hökumət mənbələri “Kommersant”a bildiriblər.
...Çinlilər Rusiyadan hər şeyi istəyirlər, özü də pulsuz..?
Bunu da həmin mənbə bildirir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə