İyulun 24-nə keçən gecə Moskvanın Molodejnaya küçəsində 8 mərtəbəli bina yanıb. Yanğın sahəsi 2000 kvadratmetr olub. Əvvəlcə 7-ci mərtəbədəki mənzil yanıb, daha sonra alov çardağa keçib.
SİA Kanal 24-ə istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazır.
Səkkizmərtəbəli binada baş verən yanğının sahəsi əvvəlcə 200 kvadratmetr olub, sonra isə 2000-ə çatıb.
Hadisə yerində 150-dən çox yanğınsöndürən və 46 texnika çalışıb.
Bundan əlavə, Moskva yanğını söndürmək üçün aviasiya cəlb edib - Ka-32 helikopterindən su atılıb.
Yanğının dəqiq səbəbləri hələlik məlum deyil. Hal-hazırda açıq yanma artıq aradan qaldırılıb.
Molodejnaya küçəsi ilə Nikolay Kopernik küçəsindən Leninski prospektinə qədər nəqliyyatın hərəkəti hələ də bağlanıb. Maraqlıdır ki, Böyük Moskva Sirki və bir neçə xəstəxana 200 metr aralıda yerləşir.
Yerli xilasedicilər 4 sakini yanğından çıxarıblar. Müxtəlif mərtəbələrdə yerləşən qonşu mənzillərdən 30 nəfər özbaşına təxliyə edilib.
Ölənlər barədə məlumat yoxdur.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB