Rusiya Böyük Britaniyaya qarşı yeni sanksiyalar elan edib...

...Rusiya Böyük Britaniyaya qarşı sanksiyaları genişləndirərək, məhdudiyyətlərə məruz qalan şəxslər siyahısına daha 15 Britaniya vətəndaşını əlavə edib.

Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, siyahı Ukrayna hakimiyyətinə məhsul tədarük edən və ya xidmət göstərən hərbi-sənaye kompleksi müəssisələrinin rəhbərləri, habelə müdafiə məsələləri və mövzu ilə bağlı anti-Rusiya mövqelərindən çıxış edən ekspert eləcə də publisistlərlə tamamlanıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, sanksiya siyahısına Ukrayna hərbçilərinin təlimində iştirak edən şəxslər də daxildir.

...Sanksiyalar tətbiq edilmiş britaniyalıların adları ilə siyahısı Xarici İşlər Nazirliyinin saytında mövcuddur. Onların arasında “BAE Systems PLC” müdafiə şirkətinin direktorlar şurasının üzvü Anqus Cockburn, “Paradigm Security Solutions Limited”-in baş icraçı direktoru Robert Paxman və “The Daily Telegraph”-ın köşə yazarı Tomas Sharp da var.

Yeri gəlmişkən, çərşənbə axşamı Rusiya Xarici İşlər Nazirliyi Tokionun sanksiyalarına cavab olaraq 13 Yaponiya vətəndaşının ölkəyə girişinə qadağa qoyulduğunu açıqlayıb. Sanksiyaya məruz qalanlar arasında “Toyota Motor”un idarə heyətinin sədri Toyoda Akio və “Viber” messencerinin sahibi olan “Rakuten” korporasiyasının təsisçisi Hiroşi Mikitani də var.

...2022-ci ilin fevralında Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri Moskvaya qarşı bir neçə dəfə sərt iqtisadi və digər sanksiyalar tətbiq edən və onun qonşu dövlətə qarşı təcavüzünü pisləyən ölkələr sırasında Britaniya və Yaponiya da var.

Bunu rus saytları yazırlar.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə