...Dövlət Duması Rusiyada miqrasiya nəzarətini gücləndirən qanun layihələri paketini qəbul edib.
SİA-nın əldə etdiyi məlumata görə, indi rus polisinə əcnəbilərin ölkədən çıxarılması barədə qərar vermək icazəsi verilir, onlar üçün hüquqlarını kəskin şəkildə məhdudlaşdıran xüsusi “deportasiya rejimi” tətbiq edilir.
Yaşayış icazəsi və ya viza olmadan ölkədə qalmanın maksimal müddəti 180 gündən 90 günə endirilir.
...Qeyd edək ki, qanun layihələrinin qəbuluna qədər ölkədən çıxarılma barədə yalnız məhkəmələr və sərhəd xidməti qərar verə bilərdi. Rusiyada qanuni əsas olmadan olan və ya cinayət törətməkdə ittiham olunan əcnəbilər üçün xüsusi hüquqi rejim tətbiq edilir.
“Deportasiya rejimi”ndə olan əcnəbilərə bank hesabı və biznes açmaq, avtomobil sürmək, nikahı qeydiyyata almaq və ya başqa bölgəyə köçmək qadağan olunacaq.
Polis onların yaşayış yerinə ordersiz gələ bilər. Onlara məhkəmə icazəsi olmadan texniki nəzarətdən istifadə etməklə nəzarət etməyə icazə verilir. Bütün bu sanksiyalar hətta ölkədən çıxarılma ilə bağlı məhkəməyə müraciət edilərkən də qüvvədə ola bilər.
...Bütün bunlar rusların qəbul etdikləri humanist qanunda yer alıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə