Rejissor Nikita Mixalkov hesab edir ki, Rusiyada dövlət çevrilişi hazırlanır.
SİA-nın əldə etdiyi məlumata görə, o, bu barədə özünün “Besoqon” verilişinin efirində danışıb.
Onun sözlərinə görə, Dövlət Dumasının keçmiş deputatları indiki hakimiyyətə qarşı çıxıblar və onlar hətta bunu gizlətmirlər də...
İyunun sonunda Polşada 60-a yaxın adamın iştirak etdiyi yeni Rusiya parlamentinin iclası keçirilib. Mixalkov proqramda sənəddən fraqmentləri də oxuyub. Orada deyilir ki, Rusiyada hakimiyyəti devirməyin yeganə yolu gücdən keçir.
...Və bunu bu hökumətdən hər şeyə sahib olan, bu hökumətin yem çuxurunda olan insanlar təklif edirlər.
Bunu da Mixalkov deyir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə